AIRPod

MDI "AirPod" Cenevrə avtosalonunda. 2009-cu il.

AIRPod — "Motor Development International" tərəfindən hazırlanmış sıxılmış hava vasitəsi.[1] "AIRPod"un eyni əsas şassi saxlanılmaqla oturacaqların sayını və yük anbarının miqdarını dəyişən üç fərqli konfiqurasiyada istehsalı planlaşdırılmışdır.[2] O, sıfır emissiyalı şəhər avtomobili kimi hazırlanmışdır. Prototiplər hava limanlarında emissiyasız nəqliyyat vasitələri kimi istifadə üçün "KLM/AirFrance" tərəfindən sınaqdan keçirilmişdir.

MDI 2000-ci ildən bəri hər il "AirPod"un istehsal olunacağını vəd edir. 2018-ci ilin oktyabr ayına olan məlumata görə, heç bir seriyalı avtomobil yaradılmamışdır. "Zero Pollution Motors" 2019-cu ilin ortalarına qədər istehsal edəcəyini vəd etmişdi.[3]

  1. Meet the AIRPod Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine, CNN 10 December 2010
  2. AIRPod Arxivləşdirilib 2008-10-13 at the Wayback Machine. Motor Development International
  3. "Zero Pollution Motors | the first compressed air-powered car & golf cart". zeropollutionmotors.us. 23 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2023.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy