Aizanoi | |
---|---|
39°12′15″ şm. e. 29°36′37″ ş. u. | |
Yer | Çavdarhisar, Kütahya ili, Türkiyə |
Region | Frigiya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
Era | Roma imperiyası |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aizanoi (q.yun. Αἰζανοί) ― qərbi Anadoluda mövcud olmuş qədim yunan şəhəri. Şəhərin dağıntıları indiki Kütahya yaxınlığındakı Çavdarhisar qəsəbəsində, Penkalas çayı sahilində, dəniz səviyyəsindən təxminən 1,000 metr (3,300 ft) yüksəklikdə yerləşir. Roma dövründə şəhər mühüm siyasi və iqtisadi mərkəz idi. Dövrdən qalan qalıqlar arasında Zevs məbədi və qeyri-adi birləşmiş teatr-stadion kompleksi var. Şəhər Son qədim dövrdə tənəzzülə uğramışdır. Obyekt 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsi üçün təqdim edilmişdir.[1]