Aktiniyalar

Aktiniyalar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
???:
Aktiniyalar
Beynəlxalq elmi adı

Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır. Ayrıcinsiyyətli və ya hermafroditdirlər. Aktiniyaların bəzi növlərində yumurta xaricə çıxmır və inkişafın bir hissəsi ana orqanizminin bətnində gedir (diridoğma). Üzən sürfələri var. Aktiniyaların bəzi növləri su qatlarında yaşayan (o cümlədən meduzalar) həlməşikli heyvanlar üzərində parazitlik edirlər. 1000- ədək növü məlumdur. Geniş yayılmışdır. Abdal xərçəng və kloun-balıqla simbioz həyat keçirir. Aktiniyaların bəzi növlərinin dalayıcı çıxıntıları insan dərisində yanıqlar əmələ gətirir.

  1. Integrated Taxonomic Information System (ing.). 2002.
  2. Crowther A. L. Class Anthozoa Ehrenberg, 1834. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 19–23. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy