Altqrup

Əgər G qrupunun hər hansı H kompleksi qrup əmələ gətirərsə, onda o G qrupunun altqrupu adlanır.

Məsələn, tam ədədlər çoxluğu toplama əməlinə görə qrup əmələ gətirir. Həmçinin cüt ədədlər çoxluğu da toplamaya nəzərən qrup əmələ gətirdiyindən cüt ədədlər tam ədədlərin altqrupunu təşkil edir.

Qrupun kompleksi onun elementlərindən düzəldilmiş ixtiyari çoxluqdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy