Anarxo-feminizm

Anarxo-Feminizmanarxizm və feminizmin sintezi. Feminist anarxistlər bütün hökumətlərə, hər cür iyerarxiyaya və liderlərə qarşı çıxırlar. Anarxo-feminizm patriarxlığı mövcud dövlət sisteminin təməl təzahürü və cəmiyyətin əsas problemi kimi baxır. Anarxo-feministlər, ataerkilliyə qarşı mübarizənin sinif mübarizəsinin və anarxistlərin dövlətə və kapitalizmə qarşı apardığı mübarizənin ən vacib komponenti olduğuna inanırlar.[1] Anarxo-feministlərə görə, qadınların öz həyatlarını idarə edə biləcəyi alternativ bir sistem yaratmaq üçün qadınların inqilabi potensialına əsaslanaraq bilavasitə hərəkətə keçmək lazımdır.[1]

Əslində, bu ideologiya anarxistlərin mübarizəsini feminist və ya profeministlərin mübarizəsinin zəruri komponenti kimi görür və əksinə. ABŞ-də, əsasən anarxo-feminizmin fərdi formaları üstünlük təşkil edir, Avropada isə kollektivizmə daha çox diqqət yetirilir.

  1. 1 2 Lisa Tuttle. Encyclopedia of feminism. New York, N.Y.: Facts on File Publications. 1986. ISBN 978-0-8160-1424-8.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy