Anesteziologiya

Anesteziologiya
Spinal anesteziya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Anesteziologiya (yun. ἀν-an (inkar), yun. αἴσϑησις- hisiyyat, lat. logos- elm) keyləşdirmə, ağrısızlaşdırma mexanizmini, üsul və metodlarını öyrənən, tətbiq edən tibb sahəsi. Hesab edirlər ki, yunan filosofu Dioskorid ilk dəfə e.ə. I əsrdə mandraqorun narkotik təsirini təsvir etmək üçün anesteziya terminindən istifadə etmişdir.

1721-ci ildə universal etimoloji ingilis lüğətində (ing. Bailey`s) anesteziya "hissiyat qüsuru", Britaniya ensiklopediyasında (1771) "hissiyatdan məhrum olma" kimi göstərilir. Cərrahi əməliyyatların aparılmasına imkan verən yuxuya bənzər hal haqqındakı Oliver Uendel Holmsin (ing. Oliver Wendell Holmes) fikirləri bu sahəni elm kimi öyrənməyə və onu anesteziologiya termini ilə adlandırmağa səbəb olmuşdur.

Müasir anesteziologiya elmi öz tədqiqat və tətbiqat dairəsini daha da genişləndirmişdir. 1989-cu ildə Amerika Anesteziologiya Şurası (ing. American Board of Anesthesiology) bu sahə üzrə mütəxəssislərin hazırlanması və onların sertifikatlaşdırılması təklifini irəli sürür. Bu ixtisas digər tibbi (cərrahiyyə, daxili xəstəliklər, pediatriya, mama-ginekologiya, kliniki farmakologiya, fiziologiya, patologiya) ixtisas biliklərini özündə cəmləşdirərək, dərin bilik tələb etdiyinə görə unikallığı ilə seçilir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy