Argillit

Argillit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Argillit ( q.yun. ἄργιλλος - gilλίθος daş) - bərkimiş və daşlaşmış gilli çökmə süxur. Diagenezkatagenez mərhələlərində gilin sıxılması və susuzlaşması nəticəsində əmələ gəlir. Gildən bərk olması, suda islanmaması və s. xüsusiyyətləri ilə fərqlənir. Adətən, tünd rənglərdə olur.

Argillit qırışıqlıq sahələri üçün xarakterikdir. Platformaların dərin çökəkliklərində (avlakogenlərdə) təsadüf edilir. Sement, keramzit istehsalı üçün xammaldır. Hidrargillit qatışıqlı kaolin argillitlərindən odadavamlı material kimi istifadə olunur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy