Dekster | |
---|---|
ing. Dexter | |
![]() | |
Janr | Psixoloji triller |
İlk baxış tarixləri | 11 yanvar 2007, 10 iyul 2007 |
Rejissor |
|
Yaradıcısı | Ceyms Manos Cr.[d] |
Rollarda |
|
Bəstəkar |
|
İstehsalçı ölkə | |
İl |
1 oktyabr 2006 – 22 sentyabr 2013 |
Dil | ingilis dili[2] |
Mövsüm sayı | 8 |
Seriya sayı | 96 |
Davametmə müddəti | 47–58 dəq. |
IMDb | ID0773262 |
sho.com/dexter | |
![]() |
Dekster (ing. Dexter) — ABŞ cinayət-drama teleserialı. Serial 2006-cı ildən 2013-cü ilə qədər Showtime kanalında yayımlanmışdır.[3] Serial Mayami polis şöbəsində qan ləkəsi üzrə kriminalistika eksperti kimi çalışan, eyni zamanda seriyalı qatil kimi gizli həyat sürən Dekster Morqandan (Maykl Si Holl) bəhs edir. Deksterin qurbanları yalnız ədalətdən yayınan qatillərdir. Serialın ilk mövsümü Ceff Lindzinin müəllifi olduğu "Deksterin qaranlıq yuxuları" adlı roman əsasında çəkilmişdir. Roman Ceyms Manos Cr. tərəfindən ekranlaşdırılıb.[4] Serialın sonrakı mövsümləri Lindzinin kitablarına əsaslanmır.
Serialda rol alan aktyorlar Maykl Si Holl və Con Litqou göstərdiyi performanslarına görə "Qızıl Qlobus" da daxil olmaqla bir sıra mükafatlara layiq görülmüşdür. Serialın 13 dekabr 2009-cu ildə yayımlanan dördüncü mövsümünün final epizodu nə az nə çox düz 2,6 milyon insan tərəfindən izlənmişdir. Bu o dövrdə Showtime şəbəkəsi üçün rekord say idi.[5][6]
Showtime 2013-cü ilin aprelində "Dekster" serialının səkkizinci mövsümlə yekunlaşacağını bildirdi. "Dekster"in final epizodu 22 sentyabr 2013-cü ildə efirə çıxdı.[7][8][9]
Showtime yeddi ildən sonra 2020-ci ilin oktyabr ayında "Dekster" serialının "Dexter: New Blood" adlı yeni məhdud seriya ilə geri dönəcəyini açıqladı. Bu yeni serialda Maykl Si Hollun öz rolunu yenidən ifa edəcəyi də məlum oldu. Klayd Fillips tərəfindən yaradılan bu serial 7 noyabr 2021-ci ildən 9 yanvar 2022-ci ilə qədər davam etmişdir.[10][11] Yaradıcılar həmçinin gələcəkdə serialın daha bir sezonunun olacağını dedilər. 2023-cü ilin yanvarında "Dexter: Origins" adlı yeni serialın çəkildiyi elan edildi. Bu serial Mayami polis şöbəsində yenicə işləməyə başlamış Deksterin daha gənc versiyasından bəhs edəcək.[12][13][14]