Deyterium

Deyterium (21H və ya 21D (D))Hidrogenin izotoplarından biri. 32He ilə izotondur. Nüvəsində 1 neytron, 1 proton var. Radioaktiv deyil. Kimyəvi xassələri 1H-dan fərqlənmir. Təbiətdə ≈ 0,015 faiz yayılmışdır. Oksigenlə birləşib D2O (ağır su) əmələ gətirir. Təbiətdəki bütün Deyterium ehtiyatlarının böyük partlayış nəticəsində yarandığı iddia olunur. Nüvə reaksiyalarında ağır su, neytron yavaşlandırıcı kimi tətbiq edilir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy