Diastola

Mədəciyin sistolası
Ürəyin işi

Diastola (yun. diastole, mənası: Genişlənmə) — ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər. Bu zaman ürəyin aortaağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur. Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur.

Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy