Donma

Donma
XBT-10 T33, T35
XBT-9 991.0, 991.3
DiseasesDB 31167
MedlinePlus 000057
MeSH D005627
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donmadəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi.[1]

Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması.[1]

Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır.[1]

  1. 1 2 3 Tətbiq etdi Dos. Məmmədov A.İ. "Yanıqlar (termiki,kimyəvi,şüa,elektrik).Bədənin ümumi soyuması. Donma" (az.). amu.edu.az. İstifadə tarixi: 2020-09-13.[ölü keçid]

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy