Futurama

Futurama
ing. Futurama[1]
Janr sitkom
Rolları səsləndirənlər Billi Vest[d][2], Con Di Macio[2], Fil LaMarr[2], Tom Kenni[2], Bob Odenkerk[d][2], Pamela Anderson[2], Siqurni Uiver[2], Leonard Nimoy[2], Stiven Hokinq[2], Corc Takei[2], Klaudia Şiffer[2], Con Qudmen[2], Mark Mazersbo[d][2], Coolio[2], Oldrin Bazz[2], Petton Osvalt[d][2], Patrik Stüart[2], Emiliya Klark[2], Set Makfarleyn[2]
Studiya Fox Broadcasting Company
Ölkə
Dil ingilis dili
Mövsümlərin sayı 8
Seriyaların sayı 143
Seriyanın müddəti 22 dəq.
Telekanal Fox Broadcasting Company, Comedy Central, Hulu[d][3][4]
IMDb ID0149460
Rəsmi saytı

Futurama — Mett Qreyninqin Fox televiziyası üçün yaratdığı elmi fantastik, sitkom cizgi serialı. Serialın baş qəhrəmanı Filip C. Fray pizza sifarişini çatdırarkən ehtiyatsızlıqdan dondurucu cihazın içərisinə düşür, nəticədə 1000 il müddətində donmuş vəziyətdə qalır. Fray diriləndə planetlərarası çatdırılma şirkətində işə düzəlir, burada o, yadplanetli Lila və robot Bender ilə birlikdə işləyir. Qreyninq serialı yaratmağı 1990-cı illərdə "Simpsonlar" serialı üzərində işləyərkən düşündü, o personajları və hekayəni qurmaq üçün həmkarı Devid X. Koen ilə birlikdə çalışdı.[5]

Fox serialı yayımlamaqdan imtina etdikdən sonra, "Futurama" 2003–2007-ci illər arasında Adult Swim-də yayımlandı. Sonralar Comedy Central, 20th Century ilə müqavilə bağlayaraq yeni mövsümü nümayiş etməyə başladı.[6][7]

Sonuncu epizodu 2013-cü ildə yayımlanan "Futurama" 10 ildən sonra yeni mövsümlə ekranlara qayıtdı. Serialın səkkizinci mövsümü 2023-cü ilin iyulunda Hulu-da buraxılmağa başlandı.

"Futurama" yayımladığı dövrlərdə geniş müvəffəqiyət qazandı, 17 "Enni" mükafatı nominasiyasından doqquzunu, 12 "Emmi" mükafatından isə altısını qazandı. Serial 2013-cü ildə TV Guide tərəfindən tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 60 cizgi serialı" siyahısında yer tutdu.[8]

  1. Blanc J. AlloCiné (fr.). 1993.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  3. https://variety.com/2023/tv/news/futurama-revival-hulu-premiere-date-1235616847/.
  4. https://press.hulu.com/shows/futurama/.
  5. Seibold, Witney. "How Futurama Found The Right Balance Of Comedy And Sci-Fi". /Film. July 8, 2022. February 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2023.
  6. Topel, Fred. "Groening's Bargain to Yield Four Futurama Movies". Reuters. January 28, 2007. April 16, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 3, 2008.
  7. Wallenstein, Andrew. ""Futurama" gets new life on Comedy Central". Reuters. June 22, 2006. November 6, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 3, 2008.
  8. Sands, Rich. "TV Guide Magazine's 60 Greatest Cartoons of All Time". TVGuide.com. September 24, 2013. July 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy