GOTO

GOTO - (azərb. GOTO deyimi‎, ing. GOTO statement, rus. оператор GOTO) — Fortran, BASIC və başqa proqramlaşdırma dillərində: idarəetməni proqramın başqa bir hissəsinə ötürən idarəedici deyim. Məsələn, BASIC dilindəki aşağıdakı proqram 1000 dəfə “Hello” kəlməsini çap edir:

10 LET X=0 20 PRINT “HELLO” 30 LET X=X+1 40 IF X<1000 THEN GO TO 20

Proqramlaşdırmanın bir çox nəzəriyyəçiləri və praktikləri proqramlarda GOTO deyimindən istifadə etməməyi məsləhət görürlər, bəzi proqlamlaşdırma dillərində isə (məsələn, Modula-2) belə deyim ümumiyyətlə yoxdur. Bu ona görə edilir ki, GOTO deyimi bir tərəfdən proqramın daha əyani olan bloklu quruluşunu pozur, digər tərəfdən kompilyatorun optimal kod generasiya etməsini çətinləşdirir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy