GameTrailers

GameTrailers
Dilləri ingilis dili
Sahibi MTV
Açılma tarixi 2002
Bağlanma tarixi 2016
Alexa reytinqi
  • 680.968 (29 noyabr 2017)[1]

"GameTrailers" (qısaca "GT") — ABŞ videooyun veb saytı. Saytda videooyunların videoları və treyleri, sinematik videolar, önizləmələr, resenziyalar, istehsalçılarla müsahibələr, geympley videoları və s. yer alır. Sayt istifadəçilərinə qeydiyyat tələb olunmayan bütün video məzmunlara tam pulsuz giriş təmin edilir. Eyni zamanda, video materialları əksər hallarda həm onlayn izləmək, həm də istifadəçinin öz kompüterində endirmək funksiyası mövcuddur.

İstifadəçilər "GameTrailers" veb saytına video yükləyə, bloqlar yarada və forumlarda iştirak edə bilərlər. Onlar həmçinin, videooyunlara və ya digər maraqlara əsaslanan icmalar yarada bilərlər. Bu icmalar özəl qapalı forumlara çıxışı var. "GameTrailers" veb saytının öz valyutası var. Əvvəllər bu valyuta "GTD" adlanırdı, lakin sonradan "GTP" olaraq dəyişdirilmişdir.

  1. Alexa Internet (ing.). 1996.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy