Geely

Geely
浙江吉利控股集团
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi məhdud məsuliyyətli cəmiyyət
Sənaye avtomobil sənayesi
Məhsulları avtomobil, mühərrik, Transmissiya
Təsis tarixi 6 noyabr 1986, 2003
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 80.000 nəf. (2017)
Tərəfdaşlar Smart, Zeekr, Lotus Cars, Volvo Cars[d]
Rəhbərlik
Təsisçi
zgh.com
zgh.com/?lang=en
geely.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur.

Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, ProtonVolvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb.

"Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır.[1]

Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır.

  1. "Arxivlənmiş surət". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy