Gilgit-Baltistan | |
---|---|
urdu گلگت بلتستان | |
|
|
Ölkə | Pakistan |
İnzibati mərkəz | Gilgit |
Ən böyük şəhəri | Skardu[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 noyabr 1948-ci il |
Sahəsi | 72 971[2] km² |
Saat qurşağı | UTC+05:00 |
Əhalisi | |
Əhalisi | 1 800 000 nəfər nəfər (2015) |
Rəsmi dillər | urdu, ingilis (rəsmi) |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | GB |
ISO kodu | PK-GB |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Gilgit-Baltistan (urdu گلگت بلتستان) və ya keçmiş adı ilə Şimal əraziləri[3] Pakistan İslam Respublikasının ucqar şimalında yerləşən muxtar bölgədir.[4] Bu vilayət cənubdan Hindistanın nəzarəti altında olan Azad Kəşmir, şimaldan Əfqanıstana məxsus Vahan dəhlizi, qərbdən Hayber Paxtunxva bölgəsi, şərqdən və şimal-şərqdən Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Gilgit-Baltistan Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirin tərkib hissəsidir.[4][5][6]
Hazırda Gilgit-Baltistanın yerləşdiyi ərazi 1970-ci ildə "Şimal əraziləri" adı altında muxtar inzibati vahid elan olunmuşdur. 2009-cu ildə Pakistan Prezidenti Asif Əli Zərdari tərəfindən imzalanmış əmrə əsasən muxtar bölgənin adı Gilgit-Baltistan formasına qaytarılmışdır. Bu bölgənin əhalisi Kəşmirlə birləşməyin əleyhinə olmuş, Pakistanın tərkibində beşinci muxtar vilayət olmaq istəmişdir, lakin Pakistan hökuməti BMT-də müzakirə olunan Kəşmir məsələsi ilə əlaqədar olaraq bu istəyi qəbul etməmişdir.
Gilgit-Baltistanın sahəsi əksər hissəsi yüksək dağlıq relyef olmaqla 72,971 km²-dir. 2015-ci il hesablamalarına əsasən bölgə əhalisi 1 milyon 800 min nəfər təşkil edir. Paytaxtı Gilgit şəhəridir. Bu muxtar bölgədə olan zirvələrin 50-dən çoxunun hündürlüyü 7000 metrdən çoxdur. Qütb zonasını çıxmaqla dünyada mövcud olan ən uzun üç buzlaq Gilgit-Baltistan ərazisində yerləşir. Alpinizm əsas turizm sahəsi hesab olunur.