Java

Java
Loqonun şəkli
Paradiqmalar Strukturlu proqramlaşdırma, Obyekt yönümlü proqramlaşdırma, Refleksiya
Yaradılma tarixi 1995
Müəlliflər Ceyms Qoslinq, Sun Microsystems
Tərtibatçılar Sun Microsystems, Oracle[1]
Fayl sonluğu .java, .class, .jar, .jad və ya .jmod
Sonuncu versiyası
  • Java SE 23
Təsirlənib C++, C, Ada dili, Smalltalk, Objective-C, Oberon, Eiffel, C#, Niklaus Virt
oracle.com/java/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

JavaSun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur.

Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur.

Java obyektyönümlü proqramlaşdırma dilidir, yəni bütün kodlar siniflərdə(class) təyin edilir və həmin siniflərin çoxu obyektlərə çevrilə bilir. Javadan əvvəlki dillər prosessual(procedural) idi, hansı ki o dillərdə metodlar(routines) var idi,lakin siniflər yox idi. Java həmçinin sinif daxilində fuksional proqramlaşdırmaya da imkan verir, lakin obyekt yönümlü olması Java`nın əsas xüsusiyyətidir. Java kodları JVM daxilində çalışdırılır (run). Hər hansı bir Java proqramı main() metodunun execution`u(işə salınması,çalışdırılması) ilə başladılır. Java yaddaş sızıntısının(memory leaks) qarşısın alır və yaddaşı özü idarə edir[2].

  1. https://www.oracle.com/java/.
  2. OCA JAVA SE 8 Programmer I, səh.6,39-40

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in