Kavatina

Kavatina (it. cavatina, it. cavata — "hasil etmək" sözündəndir) — opera və oratoriyada solo lirik pyes.

Kavatina XVIII əsrdə sadəliyinə, mahnıvarı melodiyası və kiçik həcminə görə ariyadan fərqlənirdi. XIX əsrin 1-ci yarısında baş qəhrəmanların ilk ariyası kavatina adlanırdı. Bəzən mahnı xarakterli kiçik instrumental pyeslərə də kavatina deyilir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy