Keyp-York

Keyp-York yarımadası
Ümumi məlumatlar
Sahəsi 137 000 km²
Yerləşməsi
14° c. e. 143° ş. u.
Akvatoriya Karpentariya körfəzi
Ölkə  Avstraliya
Keyp-York yarımadası xəritədə
Keyp-York yarımadası
Keyp-York yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir. Hərfi mənası «York burnunun yarımadası» mənasını verir. Yarımadaya bu adı Ceyms Kuk hersoq Yorkun şərəfinə vermişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy