Kobani

Kobani
عين العرب
Kobanî
36°53′27″ şm. e. 38°21′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1915
Sahəsi
  • 7 km²
Mərkəzin hündürlüyü 520 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 44.821 nəf. (2004)
Rəqəmsal identifikatorlar
Poçt indeksi C1946
Xəritəni göstər/gizlə
Kobani xəritədə
Kobani
Kobani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür.

Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.[1] Onların çoxu 2015-ci ildə geri qayıtmış və şəhərdə yenidənqurma işlərinə start verilmişdir.

Suriyada vətəndaş müharibəsindən əvvəl Kobani şəhərinin əhalisi 45.000 nəfərə yaxın idi.[2] Şəhər əhalisinin əksəriyyətini kürdlər təşkil edirdi, ancaq şəhərdə ərəb, Suriya türkmanıerməni icmaları da yaşayırdı.[3]

  1. "Syrian Kurds 'drive Islamic State out of Kobane'". BBC News. 26 January 2015. 26 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2015.
  2. "General Census of Population and Housing 2004: Ain al Arab nahiyah". cbssyr.sy (ərəb). Suriya Mərkəzi Statistika Bürösu. October 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.[ölü keçid]
  3. "The Second Report: Ayn al-Arab/Kobani, Etana Billetin-First issue". Etana Files. 1 December 2013. 28 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy