Loqlayn

Loqlayn (ing. log line yaxud logline) — qısametrajlı və ya uzunmetrajlı filmlərin, serialların, televiziya şoularının, romanların içində baş verən bütün hadisələrin məzmun və dinamikasını açıqlayan tək bir cümlədir (əksər hallarda 20–25 söz).[1] O, plotlayn mərhələsindən (ssenarinin dörd cümlədə verilməsi) bir əvvəlki mərhələ hesab olunur[2]. Loqlayn hekayənin xülasəsini verməklə kifayətlənməməli, qəhrəmanı, onun məqsədini (hədəflərini, arzularını) və qarşısındakı maneəni (təhlükəni, riski) bir cümlə ilə ümumiləşdirə bilməlidir.[3][4] Loqlayn filmin marketinqi üçün istifadə olunan şüar (posterdə, reklamda və s.) deyildir.[5] Loqlayn tamaşaçılar üçün deyil, minlərlə ideyanı oxumuş redaktor və prodüserlər üçün yaradılır.[6]

Əksər hallarda loqlayn ssenaridən daha əvvəl hazır olur. Loqlayn nə qədər rahat formalaşarsa, yaxşı ssenarinin ortaya çıxma ehtimalı bir o qədər çoxalır.[7] Loqlayn yaradan pulsuz proqram təminatları da mövcuddur.[8]

  1. "https://www.yazabilirsin.com - logline nədir?". 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  2. SSenari yaradıcılığının əsas istiqamətləri (tərtibçi və tərcüməçi : Gülşən Qafarova), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 2016
  3. https://web.archive.org - "How to Write Outstanding TV & Movie Loglines: The ULTIMATE Guide"
  4. "Bishop, Lane Shefter (2016). Sell Your Story in A Single Sentence: Advice from the Front Lines of Hollywood. Countryman Press". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  5. "Arxivlənmiş surət". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  6. "https://snegiri-studio.ru - Extra intensive logline and synopsis". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  7. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  8. ""Loglines and Pitches — How to Reduce Your Book to a Sentence". WritingCooperative.com". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy