MATLAB

MATLAB
Loqonun şəkli
Yaradılma tarixi 1984
Tərtibatçılar MathWorks[1]
Fayl sonluğu .m, .p, .mat, .mlapp, .mltbx, .mlx, .mlappinstall və ya .mlpkginstall
Sonuncu versiyası
  • R2024a Update 3[2]
Əməliyyat sistemi Microsoft Windows[3], macOS[3], Linux[3][4]
mathworks.com/products/m…
de.mathworks.com/product…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər:

  • Matriks əməliyyatları;
  • Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili;
  • Alqoritmlərin tətbiqi;
  • Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar.

2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var.

MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OSMicrosoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir. MATLAB dilində yazılmış proqramlar iki növ olur: funksiyalar və skriptlər. Funksiyaların giriş və çıxış arqumentləri, eləcə də hesablamaların aralıq nəticələrini və dəyişənləri saxlamaq üçün özəl iş fəzası olur. Skriptlər isə ümumi iş fəzasından istifadə edir. Həm skriptlər, həm də funksiyalar maşın koduna kompilyasiya olunmur və mətn faylları şəklində saxlanılır. MATLAB dilinin başlıca özəlliyi onun matrislərlə işləmək üçün geniş imkanlara malik olmasıdır.

  1. http://www.mathworks.com/products/?s_tid=gn_ps.
  2. MATLAB® Release Notes.
  3. 1 2 3 http://www.mathworks.com/products/availability/index.html#ML.
  4. https://de.mathworks.com/support/requirements/platform-road-map.html.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy