Malopa

Malopa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bəzi əlamətlərinə görə malopa əməköməciyə oxşayır.Buna görə bitki yunancadan tərcümədə Malope-"əməköməciyə oxşar" kimi tərcümə olunur.Bitkinin 3 məlum növündən dekorativ gülçülükdə ancaq M.trifida geniş istifadə edilir.Üçhissəli malopa (M.trifida Cav.) yabanı halda Şimali Afrikada vı İspaniyada bitir.Gülxətmi ilə oxşarlığına görə malopanı yay əməköməcisi adlandırırlar.Onun çiçəkləri çəhrayı ya da qırmızı rəngdə olur.Əsasən əməköməcinin iki bağ forması Qrandiflora və Qrandiflora preksos becərilir: Qrandiflora formasının hündürlüyü 1 m-dir.Çiçəkləri iri,al-qırmızı ya da çəhrayı rəngdədir.Qrandiflora preksos-formasının hündürlüyü isə 60 sm-dir.Gülləri əvvəlki növə nisbətən xırdadır,rəngi eynilə al-qırmızı və ya çəhrayıdır.Malopanın toxumlarını torpağa əkməklə çoxaldırlar,sıra ya da qrupla əkmək olar.Bitkilər arasındakı məsafə 25-30 sm olmalıdır.Malopadan dəstələrin düzəldilməsində istifadə edilir.

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 309. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 692.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy