Minahassa

Minahassa yarımadası
Ümumi məlumatlar
Sahəsi 40000 km²
Ən yüksək nöqtəsi 3030 m
Yerləşməsi
0°35′ şm. e. 121°02′ ş. u.
Akvatoriya Sakit okean
Ölkə  İndoneziya
Minahassa yarımadası xəritədə
Minahassa yarımadası
Minahassa yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Minahassa yarımadası (ind. Semenanjung Minahasa) — Sulavesi adasının şimal hissəsində yerləşən yarımada.

Yarımadanın sahəsi 40 min. km²-dir. Burada 4.5 milyon əhali yaşayır. Dini baxımından əhalisi xristian və müsəlmanlara bölünür.

Minahassa seysmik aktivlik baxımından seçilir. Burada çoxlu sayda vulkan fəaliyyət göstərir. Faydalı qazıntılar baxımından zəngin regiondur.

Yarımadanın təbii rəngarəngliyi burada qoruq vəı milli parkların təşkilinə zəmin yaratmışdır. Bununla belə bəzi rayonlarda insan fəaliyyəti nəticəsində ekolojoi problemlər ortaya çıxır.

XVI əsrdə yarımada Malay arxipelaqının avropalılar tərəfindən ilk koloniyalaşdırılmış ərazisi olur. XVII - XX əsrlərdə hollandların arxipelaqı əlində saxlamaq üçün əsas istinadgahlarından biri olmuşdur. İkinci Dünya müharibəsi zamanı burada Hollandiya Ost-Hind kral ordusu ilə Yapon İmperiya ordusu arasında qanlı döyüşlər getmişdir. bunlar arasında ən əhəmiyyətlisi Manadao olmuşdur.

Minahassa ərazisində İndoneziyanın Şimali Sulavesi[1], Qorontalo vilayətləri bütünlüklə və Mərkəzi Sulavesinin bir hissəsii daxildir. İri yaşayış məntəqələri: ManadaoQorontalo.

  1. "Официальный сайт Центрального статистического агентства Индонезии". 2012-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy