Nefertiti

NEFERTİTİ
Nefertiti
Doğum tarixi e.ə. 1370
Doğum yeri Misir
Vəfat tarixi e.ə. 1330
Vəfat yeri Misir
Həyat yoldaşı
Uşaqları
Atası II Eye
Fəaliyyəti queen regnant[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nefertiti — (Nefer-Neferu-Aton Nefertiti, qədim misircəsi Nfr-nfr.w-Jtn-Nfr.t-jty, təq. e.ə. 1370, Tebentəq. e.ə. 1330) Exnaton yeni krallığının, XVIII sülaləsinin qədim Misir fironunun "əsas həyat yoldaşı". Exnatonun və Nefertitinin hakimiyyət illəri "Amarna dövrü" olaraq tanınır. Bu dövr üçün səciyyəvi olan xüsusiyyət Atonun əsas tanrı elan edilməsi və dini islahatların (atonizm) keçirilməsidir. Kraliçanın "günəşə sitayiş etmə" islahatının aparılmasında olan rolu mübahisəli mövzulardandır.[1]

Elmi ictimaiyyətdə mübahisəli olan Nefertitinin qadın firon olan Nefernefruaton ilə eyniləşdirilməsidir. Ehtimal edilir ki, o, təxminən 2 il hakimiyyətdə olub. Kraliça, 1912-ci ildə Ludvig Borxardt ekspedisiyası tərəfindən aşkar edilən, amarn sənətinin həqiqi bir tərzində olan heykəltaraşlıq büstü ilə məşhurdur. Büst hal-hazırda Berlinin “Yeni Muzeyində” təqdim olunur. Heykəlin müəllifi heykəltaraş Tutmos hesab olunur, çünki, büst onun emalatxanasında tapılıb. Nefertiti onu görən hər kəsi öz gözəlliyi ilə valeh edirdi. III Reyxin Fuhreri Adolf Hitler özü ilə birlikdə bu qadının büstünü bunkerə aparmışdı. Nasist lideri ölənə qədər onunla ayrılmadığı barədə şayiələr var.

  1. Перепёлкин, Ю. Я. «Древний Египет», С.-Пб. «Нева», 2000 г. — // Глава «Солнцепоклоннический переворот Амен-Хотпа IV»

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy