Nilfeym (q.skan. Niflheim) və ya Nilfheymr (q.skan. Niflheimr; hər ikisi bukv. Duman evi) — german-skandinav mifologiyasında kainatın doqquz dünyasından biri, buz və duman aləmi, buz divlərinin yaşdığı yer. Bu yer bəzən Nifhel və Helheym anlayışları ilə üst-üstə düşür.[1] Nilfheymr adı sadəcə iki mənbədə qeyd olunur. Onlar: "Uzaqgörən Qülvi" və "Odinin alaqarğa qaldrı" əsərləridir.
Niflheym əsasən kortəbii buz və şaxta diyarıdır.[2][3] Bu diyarda Elivaqarın donmuş çayları və bütün çayların mənbəyi olan Hvergelmir quyusu yerləşir. "Uzaqgörən Qülvi" əsərinə görə, Niflheym Ginnunqaqapdan törəmiş iki qədim diyardan ikincisidir. Onlarından digəri alov diyarı olan Muspelheymdir. Muspelheym həmçinin, Niflheymin əksidir.[4] Bu iki alov və buz diyarı arasında yaranmışdır. Niflheymin suları Muspelheymin istiliyi ilə toqquşan zaman "yaradıcı buxar" əmələ gəlmişdir. Bundan sonra bu diyar Lokinin qızı Helin yurdu, eləcə də ondan asılı olanlar, yəni qəhrəmancasına ölməmiş insanlar üçün axirət olaraq tanınmağa başlamışdır.