Nitrifikasiya

Nitrifikasiya (lat. nitrogenium — azot) – ammonium duzlarının nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqdasu hövzələrində gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot oksidləri yağış və s. yollarla suya, torpağa daxil olduqda oradakı nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda nitrifikasiyanın qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə edilir[1].

  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy