Olster

Olsterin bayrağı
Olsterin xəritəsi

Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə, qalan — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır.

Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir.

Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy