Ombudsman

Ombudsmanİsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.

Şikayətləri qəbul edən rəsmi şəxsə verilən addır. Bütün Avropa (həmçinin digər demokratik ölkələrdə) ölkələrində bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür. Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy