Opeth

Opeth
Opeth
Mikael Okerfeldt, Martin Mendes, Martin Aksenrot, Fredrik Okesson, Per Viberq
Mikael Okerfeldt, Martin Mendes, Martin Aksenrot, Fredrik Okesson, Per Viberq
Əsas məlumatlar
Üslub proqressiv metal
Fəaliyyət illəri 1990—h.h.
Ölkə İsveç İsveç
Şəhər Stokholm
Leybl Candlelight Records
Peaceville Records
Koch Records
Music for Nations
Roadrunner Records
Heyət Mikael Okerfeldt
Fredrik Okesson
Martin Mendes
Martin Aksenrot
Keçmiş üzvlər Devid İzberq
Anders Nordin
Yohan Defarfalla
Piter Lindqren
Martin Lopez
www.opeth.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Opeth1990-cı ildə İsveçdə yaranmış proqressiv metal qrupu. Yarandığı ildən bəri bir neçə dəfə üzv dəyişikliyi yaşayan qrupda, vokal, gitarist və bəstəkar olaraq Mikael Akerfeldt hər zaman ön planda olmuşdur. Opeth fəaliyyətə başladığı ildən indiyədək caz, proqressiv rok, bluz, klassik tərzdəki musiqisi, metal musiqi ilə bağlılıq təşkil etmişdir, və bu bağlılıq bəstələrdə özünü göstərmişdir. İlk vaxtlarda death hətta black metal melodiyalarının çox sıx istifadə edən qrup, xüsusilə "Blackwater Park""Deliverance" albomlarından sonra progressiv metal təsirini artırmışdır. Bir çox mahnıda akustik gitara və sakit vokal hissələrə və eyni zamanda ani və güclü keçidlər ilə sərt melodiyalara və brutal vokallara rast gəlinir. Qrup bu şəkildə illər içərisində öz tərzini meydana gətirmiş və geniş bir dinləyici kütləsi əldə etmişdir. İlk dörd albom boyunca nadir hallarda səhnəyə çıxan qrup, xüsusilə Blackwater Park albomunun ardından çıxdıqları dünya turunda bir çox ölkədə səhnəyə çıxmışdır.

Opeth'in on studiya albomu, üç ədəd konsert DVD'si, üç ədəd konsert albomu və iki xüsusi yığma albomu vardır. İlk debüt albomları "Orchid" 1995-ci ildə yayımlanmışdır. 2008-ci ildə yayımlanan "Watershed" albomu, ilk həftəsində Billboard 200 siyahısında 23-sırada yerini almışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy