Pallet

Taxta palet

Paletlər və taxta paletlər qutuların vacib bir hissəsi olmaqla yanaşı, paketlənmiş məhsul və malların avtokarın köməyi ilə etibarlı və asan bir şəkildə daşınması üçün hazırlanmış məhsuldur.[1]

Palet xarici qablaşdırmanın ən vacib hissəsidir və qablaşdırılmış məhsulların forklift və ya transpaletlə asanlıqla daşına bilməsi üçün ağac, plastik, metal və ya bu materialların birləşməsindən hazırlanır.

Ümumiyyətlə taxta materialdan hazırlanan altlıqlar daha davamlı olması üçün qabırğalı xüsusi mismarlarla birləşdirilir. Xarici ticarətlə artan palet dövriyyəsində zərərli həşərat və zərərvericilərin başqa ölkəyə keçməsinin və o ölkənin bitki sağlamlığına zərər verməsinin qarşısını almaq üçün paletlər fumiqasiya və ya istilik müalicəsi ilə zərərvericilərdən təmizlənir. Bu məsələ ilə bağlı ciddi beynəlxalq qaydalar tətbiq edilib.

  1. "TAXTA PALET NÖVLƏRİ". azpim.az (az.). 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy