Paraelm

Paraelm (q.yun. παρα – «yaxınlığında») — elmi metodologiyanın qeyri-elmi xarakter daşıyan mövzulara tətbiqinə meylli ideoloji-hipotetik, nəzəri və psevdonəzəri anlayış və təlimlər qrupu. Bunun ən gözəçarpan nümunəsi parapsixologiyadır. Bu, psixoloji metodologiyanı özünəməxsus mövzuda – qeyri-adi, bəzən təkrarlana bilməyən psixi hadisələrlə bağlı tədqiqatlarda yaymağa çalışır. Paraelmi biliklər mövcud elmi bilik növlərinə alternativ kimi yaranır, elmi nəzəriyyələrin qurulması və əsaslandırılması meyarlarına cavab vermir və tədqiq olunan faktların rasional şərhini verə bilmir.[1] Aksiolojiideoloji cəhətdən paraelmi konsepsiyalar çox vaxt antisientist cərəyanları ilə əlaqələndirilir.[2]

  1. Александров, Евгений Борисович. Чем занимается комиссия РАН Arxivləşdirilib 2008-06-06 at the Wayback Machine // «Точка отсчёта», радио «Петербург» 19.03.2007.
  2. Касавин И. Т. Паранаука Arxivləşdirilib 2011-11-11 at the Wayback Machine // Новая философская энциклопедия / Ин-т философии РАН; Нац. обществ.-науч. фонд; Предс. научно-ред. совета В. С. Стёпин, заместители предс.: А. А. Гусейнов, Г. Ю. Семигин, уч. секр. А. П. Огурцов. — 2-е изд., испр. и допол. — М.: Мысль, 2010. — ISBN 978-5-244-01115-9.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy