Pardaqlama

Müstəvi pardaqlama dəzgahı
Pardaq dairəsinin düzləndirilməsi

Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir.

Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.

Tətbiq sahələri:

  • Əşyalara forma vermək (bəzək məmulları),
  • Alətlərin itilənməsi,(kəski, bıçaq, xəncər, balta, kərənti, frez və s.)
  • Material hissələrin bir-birindən ayrılması,
  • Tablandırlmış səthlərin dəqiq emalı (kipləşdirici səthlər, yastıqaltı səthlər, ölçü alətləri və s.),
  • Profillərin hazırlanması,
  • Mikroskopik tədqiqatlar üçün şliflərin hazırlanması.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy