Psevdokist

Psevdokist — Psevdokistlərin əmələ gəlməsində ən çox rast gələn yol axacağın zədələnməsidir. Kəskin və xronik pankreatitlər, travma və əməliyyatlar axacağı zədələyərək psevdokistlərin əmələ gəlməsinə səbəb ola bilirlər. Zədələnmə nəticəsində pankreas şirəsi peripankreatik bölgəyə çıxır. Zədələnmə dərəcəsindən, yerindən, ətraf orqanların və orqanizmin reaktiv imkanlarından asılı olaraq axacaq zədələnməsinin aqibəti bir neçə ola bilər: kist və ya fistul. Zədələnmə nahiyəsi və vəzi şirəsi ətraf toxumaların reaktiv iltihabı nəticəsində yetərli dərəcədə hüdudlandıqda psevdokist ortaya çıxır. Başlanğıcda iltihabi yastıq zərif və incə olduğu halda ( 2 mm), 1,5–2 ay sonra iltihabi yastıq möhkəmlənir, qalınlaşır və divar şəklində formalaşır.[1]

  1. N. Y. Bayramov. Cərrahiyyə Seminarları: Mədəaltı Vəzin Cərrahi Xəstəlikləri (PDF). Ankara. 2002. 217. ISBN 975-94665-7-0.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy