RS-485

RS-485 — ilk dəfə Elektron Sənaye Assosiasiyası tərəfindən qəbul edilmiş standart nömrəsidir. İndi bu standarta TİA/EIA 485 də deyilir. RS-485 - sənaye Avtomatik idarəetmə sistemlərində kontrolyor və digər avadanlığı birləşdirmək üçün istifadə edilən məşhur interfeysin adıdır.

RS-485-in onun kimi geniş yayılmış RS-232-dən əsas fərqi bir neçə qurğunu birləşdirmək imkanıdır. RS-485 standartında 1200 metrə qədər kabellər dəstəklənir.[1] RS-232 standartında yalnız 5 metrə qədər uzunluğu olan kabellər dəstəklənirdi. RS-485-də isə bu göründüyü kimi daha çoxdur. Ötürülmə sürəti istifadə ediləcək kabelin uzunluğu və növündən asılı olaraq dəyişə bilər. Əlaqəqələrdə müxtəlif çeşidlli kabellərdən istifadə edilə bilər. RS-485 10 Mbit / s-ə qədər ötürülmə sürətinə malikdir.[2] 120 metrə qədər uzunluqda sürət 10 Mbit/san, 1200 metrə qədər isə 100 kbit/san olur. Quraşdırılan qurğuların sayı 32-256 arasında olmalıdır. Gərginlik səviyyəsi -7 Voltdan 12 Volta qədər ola bilər.

  1. "SEVERAL EIA-485 VARIANTS, George Thomas" (PDF). 2008-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-25.
  2. "Rs-232 Nedir? Rs-485 Ne demektir?". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy