Rapakivi

Rapakivi - süxur, biotitli və ya hornblendli-biotitli porfirvari qranit. Digər qranitlərdən quruluşuna görə fərqlənir: ovoid (yuvarlaq) formalı kaliumlu çöl şpatları, çox vaxt ortoklazdan ibarət olan porfir dənələri plagioklazla (oliqoklaz-albit) haşiyələnir. Əsas kütlə isə narındənəli ortoklaz, plagioklaz, biotitamfiboldan ibarət olur. Plagioklaz porfir dənələri ortoklazla haşirlənədikdə süxur antirapakivi, plagioklaz haşiyəsi olmadıqda isə piterlit adlanır. Mənşəyi mübahisəlidir: həm maqmatik, həm də metasomatik yolla əmələ gəlməsi güman edilir. Aşınmaya nisbətən tez uğrayır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy