Refleks

Refleks (lat. reflexux – əks etmə) — orqanizmin xarici və daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyaları. Refleksin bioloji əhəmiyyəti orqanizmin daxili mühitinin sabitliyini saxlamaq üçün orqanların işinin tənzimlənməsindən və onların funksional qarşılıqlı təsirini yaratmaqdan ibarətdir.

Refleks iki böyük qrupa bölünür: şərti və anadangəlmə və ya şərtsiz. Şərtsiz refleksin icrası üçün heç bir hazırlıq, şərt, təlim tələb olunmur (Məs., əmmə, gözqırpımı, bəbək R.-i və s.). Demək hər heyvan növünün özünəməxsus şərtsiz, irsi refleksi vardır. Şərti refleks həyat prosesləri nəticəsində qazanılır. Dəyişkəndir, müvəqqətidir, fərdi xüsusiyyət daşıyır, yəni refleksin yaranması üçün xüsusi şərtlər və vaxt lazımdır. "Şərti refleks" terminini ilk dəfə elmə İ.P.Pavlov daxil etmişdir.[1]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy