Sikullar

Yunanlardan əvvəl Siciliyada yaşayan xalqların arealı.

Sikullar (lat. Siculi, yun. Σικελοί) — Siciliya adasında yaşamış qədim xalq. Sikanlardan fərqli olaraq, onların Hind-Avropa mənşəli olduğu güman edilir. Sikulların mövcudluğu Siciliyanın şərqində son Tunc dövründən müşahidə olunur.

Qədim Misir kitabələrində "dəniz xalqları"ndan olan şekeleşin sikullar ola biləcəyi güman edilir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy