Spam

Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir.[1] Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür. Hazırda elə spam göndərən yoxdur ki, o öz ünvanını və göndərmə yerini gizlətməsin.

  1. "Cert.az – Spamdan mühafizə". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-26.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy