Steqanoqrafiya

Ağ, mavi, yaşıl və qırmızı işıqlarla baxılan eyni görüntü müxtəlif gizli rəqəmləri ortaya qoyur.

Steqanoqrafiyainformasiyanın ötürülmə faktının özünü gizli saxlamaq yoluyla onun gizlicə ötürülməsi haqqında elm. Qədim yunan dilində "gizlənmiş yazı" mənasına gəlir. Məxfi məlumatın məzmununu gizlədən kriptoqrafiyadan fərqli olaraq, steqanoqrafiya onun özünün mövcudluğunu gizli saxlayır. Steqanoqrafiyadan, adətən, şifrləmə metodları ilə birgə istifadə edirlər.[1] Qədim yunan tarixçisi Herodotun əsərlərində informasiyanın gizlədilməsinin iki üsuluna rast gəlinir: zəruri məlumat saçı qırxılmış qulun başına yazılırdı, tüklər uzandıqdan sonra onu adresatın yanına göndərirdilər. O da qulun saçını yenidən qırxıb göndərilən məlumatı oxuyurdu. İkinci üsul isə belə idi: məlumat ağac lövhəyə yazılırdı, sonra isə üstü mumla örtülürdü ki, heç kəsdə şübhə oyatmasın. Mum təmizləndikdən sonra məlumat yenidən üzə çıxırdı. Klassik steqanoqrafiyanın daha geniş yayılmış metodlarından biri simpatik (görünməz) mürəkkəblərdən istifadədir. Belə mürəkkəblərlə yazılmış mətn yalnız müəyyən şəraitdə (qızdırdıqda, işıqlandırdıqda, kimyəvi maddələr vasitəsilə və s.) üzə çıxırdı.[2] Hazırda steqanoqrafiya dedikdə, çox zaman xüsusi proqram təminatından istifadə etməklə informasiyanın mətn, qrafik, yaxud audiofayllarda gizlədilməsi başa düşülür.

Steqanoqrafik görüntünün hər bir rəng komponentində iki kiçik bitdən savayı bütün bitləri uzaqlaşdırıb
  1. Pahati, OJ. "Confounding Carnivore: How to Protect Your Online Privacy". AlterNet. 2001-11-29. 2007-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02.
  2. Fridrich, Jessica; M. Goljan; D. Soukal. Delp Iii, Edward J; Wong, Ping W (redaktorlar ). "Searching for the Stego Key" (PDF). Proc. SPIE, Electronic Imaging, Security, Steganography, and Watermarking of Multimedia Contents VI. Security, Steganography, and Watermarking of Multimedia Contents VI. 5306. 2004: 70–82. Bibcode:2004SPIE.5306...70F. doi:10.1117/12.521353. 10 May 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 January 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy