Subtitr

Subtitrə nümunə

Subtitr (fr. sous-titres - imza) — videonu onun orijinal dilində və ya tərcümə olunmuş başqa dildə müşayiət edən alt yazı. Adətən eşitmə problemləri olan, yaxud başqa dildə çətin anlayan və ya heç anlamayan şəxslər üçün nəzərdə tutulur. Subtitrdə adətən kadrdakı personajların danışıqları və ya kadrarxası mətn, bəzən isə əlavə şərhlər göstərilir. Subtitr ekranın alt hissəsində orta ölçülü şriftlə yazılır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy