Tabi

Tabi

Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər.

Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir. Rəngli, eləcə də, naxışlı tabilər də geniş yayılıb və belə tabiləri daha çox qadınlar geyinir. Lakin bununla belə, kişilər arasında da məşhurlaşmaqdadır.

Elastik quruluşuna görə ayağın formasını rahat şəkildə alan adi corablardan fərqli olaraq, tabilər parçanın hissələrindən ibarət olur. Arxa tərəfdən tabilər açıqdır, bu da onların düşmə, ayaqdan çıxma ehtimalını artırır. Buna görə də, tabinin arxasında bərkitmə vasitələri (dəmir sancaq və ya ip) yerləşir ki, tabiləri bağlamaq olsun.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy