Tanais

Tanais
q.yun. Τάναϊς
47°16′14″ şm. e. 39°20′29″ ş. u.HGYO
Ölkə  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub III əsr
Ləğv olunub V əsr
Digər
museum-tanais.ru
Xəritəni göstər/gizlə
Tanais xəritədə
Tanais
Tanais
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tanais[1] (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir.

Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir.

  1. Большая Советская Энциклопедия, 3 издание, 1970—1977 гг.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in