Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər:
- Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək;
- Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri;
- Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı;
- Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları;
- Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi.