Vikimaniya

Vikimaniya
Loqonun şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vikimaniya (ing. Wikimania) — Vikimedia Fondunun hər il təşkil etdiyi beynəlxalq konfrans. Konfrans elmi xarakter daşımaqla yanaşı, viki iştirakçılarının görüşməsinə və fikir mübadiləsi aparmasına şərait yaradır. Vikimaniyada Vikimedia Fondunun müxtəlif layihələrində iştirak edən istifadəçilər toplaşırlar. Burada onlar məruzələrlə çıxış edir, müxtəlif layihələr barədə təqdimatlar göstərir, yeni ideyalar təklif edirlər. Vikimaniya vikimediyaçılara müxtəlif sahələrə aid məsələləri geniş şəkildə müzakirə etmək imkanı verir. Bu məsələlərə azad və açıq proqram təminatından başlayaraq, biliyin və vikilayihələrin bütün dünyaya yayılmasına qədər təşəbbüslər aiddir.

Vikipediya üzrə keçirilən konfransların əsas məqsədi – Vikipediya əhalisini görüşdürmək, onların bir-birlərinin Vikipediyadakı gələcək planları haqqında informasiya əldə etməyə şərait yaratmaqdır. Konfransda vikimediyaçılarla yanaşı, viki layihələrində iştirak etməyən şəxslər də çıxış edə bilərlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy