Xortum

Xortum —uzun uzunsov, hərəkətli burun hissəsi. Bəzi sürünənlərdə (yumşaqbədənli tısbağalarda) və məməlilərdə (cücüyeyənlərdə, fillərdə və s.) xortumun uçunda burun dəlikləri olur. Tənəffüs, qoxu və toxunma duyğusu vəzifəsi daşıyır. Xortum fillərdə xüsusilə yaxşı inkişaf etmişdir. Xortum qidanı tutmaq, əşyaları yoxlamaq və saxlamaq üçündür. Fil suyu xortumuna yığır və onu ağzına ötürür. Fillərin xortumu burunun üst dodaqla bitişməsi nəticəsində əmələ gəlmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy