AM (albom)

AM
"Arctic Monkeys" tərəfindən ifa olunmuş studiya albomu
Növü studiya albomu
Yayımlanma tarixi 9 sentyabr 2013
Yazılma tarixi avqust 2012 – iyun 2013
Janr indi-rok
Müddət 41:39
Dil ingilis dili
Leybl Domino
Prodüser Ceyms Ford
Ross Orton
"Arctic Monkeys" albomlarının xronologiyası
"Suck It and See"
(2011)
"AM"
(2013)
"Tranquility Base Hotel & Casino"
(2018)

AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. "AM" 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar.

Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, "AM" çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan "Suck It and See"-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantikaseks və tənhalıq kimi mövzulara toxunulur.

Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədər çıxardığı ən uğurlu albomu olub. Bir neçə ölkədə siyahılarda birinci yerə yüksəlib. Böyük Britaniya ilk həftəsində 157.000-dən çox nüsxə satıb. Eyni zamanda 73.000 ədəd vinil sataraq on ilin ən çox satılan vinil albomlarından biri adını qazanıb.[1] "AM" 2017-ci ildə ABŞ-də Platin sertifikatına layiq görülüb.

Tənqidçilər qrupun əvvəlki albomları ilə müqayisədə onun daha tünd və gur səsini təriflədilər. Albom 2013-cü ilin ən yaxşı albomlarından biri kimi bəzi siyahılarda yer tutdu.[2] "AM" 2014 "Brit" mükafatkarında qrupa – Ən yaxşı Britaniya albomu mükafatını qazandırdı. Eləcə də, albom 2013-cü ildə "Merküri" mükafatına namizəd olub. "Do I Wanna Know?" mahnısı Ən Yaxşı Rok Performansı kateqoriyasında mükafata nominasiya alıb. NME 2015-ci ildə 57-ci Qremmi mükafatlarında albomu onilliyin ən yaxşı albomu elan etmişdir. "AM" buraxılışından cəmi bir ay sonra NME-nin "Bütün zamanların 500 ən möhtəşəm albomu" siyahısında 449-cu yeri tutub. Rolling Stone jurnalı isə 2020-ci ildəki siyahısında albomu 346-cı yerə layiq görüb.

  1. Myers, Justin. "Arctic Monkeys' Official biggest songs and albums". Official Charts Company. 11 May 2018. 13 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2018.
  2. "Acclaimed Music". www.acclaimedmusic.net. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy