Adana ili

İl
Adana
türk. Adana

37°22′06″ şm. e. 35°42′22″ ş. u.


Ölkə Türkiyə
Daxildir Aralıq dənizi regionu
İnzibati mərkəz Adana
Vali Mustafa Böyük
Bələdiyyə sədri Hüseyn Sözlü (MHP)
Tarixi və coğrafiyası
Sahəsi 14.030 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 2 165 595[1][2] nəfər (2014)
Əhalinin sıxlığı 152 nəfər/km²
Etnik tərkib Türklər, Kürdlər, Ərəblər və s.
Dini tərkib Sünni (İslam), Katolik (Xristian), İudaizm
Rəqəmsal identifikatorlar
ISO kodu TR-01
Telefon kodu (+90) 322
Poçt indeksi 01000
Avtomobil nömrəsi 01
Rəsmi sayt
Adana xəritədə
Adana xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adana iliTürkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnib. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir.

Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, RamazanoğullarınınOsmanlıların hakimiyyəti altında olub. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılıb

1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verilib.[3] İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə daxil olub. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirilib[4] və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edilib.

31 dekabr 2022-ci il tarixinə olan rəsmi hesablamalara görə 2.274.106 əhalisi ilə Türkiyənin altıncı ən sıx əyalətidir. Əyalətin inzibati mərkəzi əyalət sakinlərinin 78,25%-nin yaşadığı Adana şəhəridir. O, həmçinin digər Kilikiya əyalətləri olan Mersin, Osmaniye və (şimal) Hatay ilə sıx əlaqələrə malikdir.

  1. "İllere göre il/ilçe merkezi ve belde/köy nüfusu – 2014: Adana İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10..
  2. Sitat səhvi: Yanlış <ref> teqi; ehali adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; buyuksehir adlı istinad üçün mətn göstərilməyib
  4. 5216 sayılı büyükşehir kanunu Arxivləşdirilib. İstifadə tarixi: 2015–10–19

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy