Akvamen

Akvamen
ing. Aquaman
Akvamen Yaşıl Fənərə qarşı. Rəssam: Cim Li.
Nəşriyyat ABŞ DC Comics
Yayım tarixi "More Fun Comics" # 73 (noyabr, 1941)
Yaradıcı(lar) Mort Vayzinger
Pol Norris
Xüsusiyyətlər
Əsl adı Artur Karri / Orin
Cinsiyyəti kişi
Boyu 185 sm
Çəkisi 145 kq
Göz rəngi mavi
Saç rəngi sarı
Növü insan
Vətəndaşlıq
Komiks bioqrafiyası
Kainat yaxşı
Üzvlükləri Ədalət Liqası
Partnyorları Akvaled, Akvagörl, Mera, Qart, Betmen, Supermen, Ecazkar qadın, Fleş, Yaşıl Fənər, Kiborq
Düşmənləri Qara Manta, Akulalar kralı, Okeanların hakimi
Gücləri

    • Amfibiya olması
    • Exolokasiya
    • Regenerasiya
    • Telepatik olaraq su canlılarını idarə etmə bacarığı
    • Fövqəlinsan gücü
    • Enerji hücumlarına davamlılıq
    • Böyük maliyyə imkanları
    • Su canlılarını anlama
Silahları Sol əli bir müddət yüksək texnologiyalı qarpunla əvəzlənmişdi, sonradan həmin əl sudan hazırlanmış və mistik gücə malik əllə əvəz edildi. Atlantların texnologiyalarını istifadə edir. Mistik və magik güclərə malik dörd dişli yabaya malikdir.

Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir.[1] Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir.[2]

Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, Super dostlar teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir.[3]

Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış Supermen/Akvamen: Macəra zamanı adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir. Bundan sonra personaj müxtəlif animasiya məhsullarında görünmüş, o cümlədən 2000-ci illərdə çıxarılmış Limitsiz Ədalət Liqası, “Betmen: Cəur və sərt” və DC Kainatı Orijinal Animasiya Filmlərində mühüm rol oynamışdır. “Smollvill” serialında Akvamen rolu aktyor Alan Riçson, DC Genişləndirilmiş Kainatına daxilolan Betmen Supermenə qarşı: Ədalətin şəfəqiƏdalət Liqası filmlərində isə aktyor Ceyson Mamoa tərəfindən canlandırılmışdır. 2018-ci ildə çıxarılan və personaja həsr edilmiş ilk solo film olan Akvamen filmində Mamoa rolunu təkrarlamışdır.[4][5][6]

  1. "Happy 70th Birthday". The Aquaman Shrine. 2019-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2018.
  2. Wallace, Dan. Aquaman // Dougall, Alastair (redaktor). The DC Comics Encyclopedia. London: Dorling Kindersley. 2008. 18–19. ISBN 0-7566-4119-5.
  3. Aquaman vol. 7 #1 (November 2011) DC Comics
  4. "Aquaman 2018: What Do We Know?". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-06.
  5. McWeeny, Drew. "JASON MOMOA WILL PLAY AQUAMAN IN 'DAWN OF JUSTICE,' AND WE KNOW HOW IT WILL HAPPEN". Hitfix. June 14, 2014. October 18, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2018.
  6. Rebecca Ford; Borys Kit. "Jason Momoa to Play Aquaman in 'Batman v. Superman: Dawn of Justice'". The Hollywood Reporter. June 16, 2014. August 23, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy