Bu məqaləni vikiləşdirmək lazımdır. |
Android | |
---|---|
Yaradıcı |
Google, Open Handset Alliance |
İstehsalçı | Open Handset Alliance[2], Google |
Yazılma dili | Java(İstifadəçi İnterfeysi),C(nüvə),C++ və digərləri |
ƏS ailəsi | Unix bənzəri(Modifikasiya edilmiş Linux nüvəsi |
Buraxılış tarixi | 23 sentyabr 2008-ci il |
Son versiya | Android 13 / Avqust, 2022 — |
Paketlər menecerləri | Google Play, Android Application Package |
Dəstəklənən dillər | yapon dili, rus dili, çoxdilli[d], ingilis dili, Çin dili, Yue Çin dili, italyan dili, katalan dili, ispan dili |
Dəstəklənən platformalar | 32 bit və 64 bit: ARM, MIPS, x86 |
Nüvə tipi | Linux nüvəsində modifikasiya olunmuş, Monolit nüvə |
Lisenziya |
GPLv2 — kernel ASLv2 — user-space[1] |
Vəziyyəti | Aktiv |
Veb-saytı | www.android.com openhandsetalliance.com code.google.com/android/ |
Vikianbarda əlaqəli mediafayllar |
Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass[3] və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli[4] açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin[5] də dəstəklənməsi planlaşdırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur.
Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sistemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android[6] əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cü il boyunca 1 milyarddan çox android cihaz satılmışdır.[7]